Apollon Bakıya 22 oyunçu ilə gəlir
4 avqust 2015 17:30
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Kiprin "Apollon" klubu bu gün Bakıya yola düşüb. Azerisport.az xəbər verir ki, Limassol təmsilçisinin çalışdırıcısı Pedro Emanuel Azərbaycan paytaxtına 22 futbolçu gətirir:
Bruno Vale, İsli Hidi, Freyre, Angelis Angeli, Esteban Saketti, Jayme, Stilianos Stilianu, Georgios Merkis, Nuno Lopes, Marios Stilyanu, Georgios Vasiliu, Aleks, Elisio, Fotis Papulis, Farley, Xristos Uiler, Mixalis Fani, Georgios Kolokudias, Joao Pedro, Markos Quylon, Turam, Que Nyeki Abraham.
Qeyd edək ki, "Qəbələ" ilə "Apollon" arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab matçın avqustun 6-da "Bakcell Arena"da keçiriləcək.