Fotoreportaj|Video|На русском

Futbol

Qarabağ üçün tarixi şans

5 avqust 2015 00:00

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ı idi. "Qarabağ" bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubu daha adlı-sanlı rəqiblə - Şotlandiya "Seltik"i ilə mübarizə aparır. Hansı ki, bu komanda İslandiya "Styarnan"ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb. Təəssüf ki, elə "Qarabağ" da səfərdə keçirdiyi ilk oyunda bu komandaya 0:1 hesabıyla uduzub.

Böyük tarixə malik "Seltik" 1887-ci ildə yaradılıb. 127 yaşlı qocaman klub Şotlandiyanın Qlazqo şəhərini təmsil edir. Klubun indiki prezidenti İan Bankir, baş məşqçisi isə Ronni Deyladır. Komanda ev oyunlarını doğma şəhərdə - 60 411 azarkeş tutumuna malik "Seltik Park" stadionunda keçirir.

"Reyncers"lə bərabər Şotlandiyanın iki ən nəhəng klubundan biri olan "Seltik" həm daxili, həm də xarici arenada xeyli uğurlara imza atıb. Bu komanda 46 dəfə (!) ölkə çempionu olub. 36 dəfə Şotlandiya kubokunu əldə edən komanda 15 dəfə də ölkənin Liqa Kubokuna sahib çıxıb. Bu komanda 1967-ci ildə indi UEFA Çempionlar Liqası adlanan turnirin qalibi olub. 1969/70 mövsümündə isə ÇL-in finalında məğlub olaraq, gümüş medallarla kifayətlənib. "Seltik" 2002/03 mövsümündə Avropa Liqasının da finalına çıxıb, lakin həlledici görüşdə məğlub olub. Bir sözlə, Şotlandiya nəhənginin uğurları saymaqla qurtaran deyil.

Bu klub ÇL-in yeni mövsümünə də məhz son ölkə çempionu kimi vəsiqə qazanıb. Mövsüm ərzində keçirdiyi 38 oyunda hamıdan çox - 29 qələbə qazanan komanda 5 dəfə heç-heçəyə razılaşıb, cəmi 4 dəfə meydanı məğlub tərk edib. Rəqib qapılarından 84 (!) top keçirən qlazqolular özləri cəmi 17 dəfə məyus olublar ki, bu göstəricilər digər klublarınkından kifayət qədər çox fərlqlənir. Məsələn, digər 11 klubdan heç biri 60 qol həddinə çatmayıb. Buraxılan qolların sayına görə isə ən yaxın göstəriciyə malik olan qapısında 33 top görmüş "Aberdin"dir.

"Qarabağ"ın rəqibinin heyətində Honduras, Nigeriya, Hollandiya, İsrail, Türkiyə, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, İsveç, Norveç, İtaliya, İngiltərə kimi ölkələrdən xeyli legioner çıxış edir. Komanda artıq Şotlandiya çempionatının yeni mövsümünə də uğurlu start verib. Belə ki, bir neçə gün öncə "Seltik" öz meydanında "Ross Kaunti"yə 2:0 hesabıyla qalib gəlib.

Göründüyü kimi, "Qarabağ"ın bu dəfəki rəqibi heç də asan keçiləsi komanda deyil. Bu üzdən də komandamızın "Seltik" səddini keçməsi üçün çox böyük güc sərf etməsi lazım gələcək. Səfərdə keçirilən ilk oyunda 0:1 hesabıyla uduzması ağdamlıların işini daha da çətinə salıb. Amma cavab görüşünün evdə keçirilməsi təmsilçimiz üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası azarkeşlərin də dəstəyi sayəsində Bakıdakı qarşılaşmada uğura ümid edə bilər. Mərhələ keçmək üçün isə iki cavabsız qolla qalib gəlmək lazımdır. Bu mənada şotlandlardan evdə qol buraxmamaq da böyük əhəmiyyət daşıyır. Çünki qol buracağı halda "Qarabağ" mərhələ keçmək üçün 3 top fərqi ilə qalib gəlmək məcburiyyətində qalacaq ki, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə etsin.

Yeri gəlmişkən, cari mövsümdə ən böyük ümidlər "Qarabağ"adır. Məsələ burasındadır ki, Ağdam klubu ötən il olduğu kimi, bu mövsümdə də qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadır. Komandanın belə bir uğura Çempionlar Liqasında da nail olub, tarix yazmaq şansı var. Amma bu, çox çətin olsa da, ən azı Avroliqanın qrup mərhələsinə düşmək mümkündür. Bu mənada komandamızın ÇL-in üçüncü təsnifat mərhələsində də uğur qazanması vacibdir. "Seltik" səddini keçəcəyi halda Ağdam klubu artıq Avroliqanın qrup mərhələsini özü üçün təmin etmiş olacaq və eyni zamanda ÇL-in pley-off matçlarında iştirak edəcək. Həmin oyunlarda da qələbə qazanacağı halda təmsilçimiz ilk dəfə ÇL-in qrup mərhələsində çıxış etmək şansı qazanacaq. Uduzacağı halda isə komandamız Avroliqanın qrupunda çıxış edəcək. "Seltik" səddini keçə bilməyəcəyi halda isə, ağdamlılar yenə mübarizəni dayandırmayacaq. Belə olan halda komandamız Avroliqanın pley-off mərhələsində çıxış hüququ əldə edəcək.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan hər uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 12.375 reytinq xalı var. Onun da 1.875 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.625, "Qəbələ" - 0.625, "Qarabağ" - 0.375, "Neftçi" - 0.250).

"Qarabağ" 11.475 xalla klub sıralamasında Avropanın 132-ci komandasıdır. "Seltik" isə 38.710 reytinq xalı ilə 45-cidir.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
5 avqust

21:30. “Qarabağ” - “Seltik”
Baş hakim: Martin Stromberqsson (İsveç).
Baş hakimin köməkçiləri: Daniel Qustavvson, Stefan Hallberq (İsveç).
Dördüncü hakim: Yohan Hamlin (İsveç).
UEFA nümayəndəsi: Peter Lundstrom (Finlandiya).
Hakim-inspektor: Alan Hamer (Lüksemburq).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 0:1

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah