Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib
5 avqust 2015 00:05
AFFA-nın inzibati binasında Premyer Liqanın 2015/2016-cı il mövsümünə hazırlıq məqsədilə Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib. Azerisport.az xəbər verir ki, komitənin sədri Gülağa Cabarovun rəhbərliyi ilə keçirilən seminarda 75 nəfər hakim-inspektor və AFFA nümayəndəsi iştirak edib.