Fotoreportaj|Video|На русском

Futbol

BBC: Azərbaycan klubları qitə arenasında növbəti sınaq qarşısında: nə gözləyək?

5 avqust 2015 00:20

Bu həftə Azərbaycan klubları avrokuboklarda növbəti mərhələnin cavab oyunlarına çıxacaqlar. Ümumavropa liqalarında çıxış uğrunda mübarizənin iki mərhələsindən salamat çıxan ölkənin hər üç komandası keçən həftə üçüncü mərhələ çərçivəsində ilk görüşlərini rəqib meydanlarında keçiriblər.

Ən çox maraq cəlb edən Çempionlar Liqasında "Qarabağ"ın Şotlandiya çempionu "Seltik"lə görüşü idi.

Müdafiədən "iti" çıxan komanda

Şotlandiyada əfsanə adını qazanan "Seltik" Avropanın böyük klublarından biri sayılır və Ağdam komandasının Qlazqodan üzüağ qayıtmasına o qədər də çox adam inanmırdı. Amma "Qarabağ"ın göstərdiyi oyun, Britaniya futbol ekspertlərinin fikrincə, "Seltik"inkindən heç də əskik olmadı.

"Sky Sport"un yazdığına görə, “topa dəqiq və səliqəli yiyələnən” Ağdam klubu “gözlənildiyinin əksinə olaraq, heç də gərgin müdafiə ilə məşğul olmur və "Seltik"in qapısı qarşısında təhlükələr yaradırdılar”.

"Daily Rekord" qəzeti qeyd edir ki, "Qarabağ" intizamlı və soyuqqanlı oyunu ilə "Seltik"i mat qoydu”.

"Herald Scotland" qəzeti isə əlavə edir ki, “onlar həmçinin müdafiədən qısa və iti ötürmələr vasitəsilə çıxmaq kimi inanılmaz bir qabiliyyətə malikdirlər ki, bu, bizim Şotlandiyada öyrəşdiyimiz dədə-baba qaydası ilə topa bir möhkəm zoppa vurub onu mümkün qədər uzağa göndərməkdən xeyli fərqlənir”.

Buna baxmayaraq, 50 min tamaşaçının təzyiqi, ağdamlıların nisbi təcrübəsizliyi və boy-buxunda gəlmə komandadan xeyli üstün olması qlazqolulara son dəqiqələrdə başla qol vurmağa imkan verdi ki, "Daily Record"un hesab etdiyinə görə, “bu qolun qiyməti milyonlar ola bilər”. Bununla Şotlandiya jurnalistləri Çempionlar Liqasında oynamaq hüququnu qazanmış komandanın milyonlar qazanacağına eyham vururlar.

Gəl ki, "Sportinglife"ın jurnalistlərinin fikrincə “bu cütlükdə qalibin müəyyənləşməsinə hələ çox var”. Əslində elə mən də bu fikirdəyəm.

Dağlıları (şotlandları Britaniyada tez-tez belə adlandırırlar) Bakıdakı oyunda yalnız “qaynar hamam” havası (Daily Record) deyil, həm də on minlərlə azarkeşin dəstəyinə arxalanan yaxşı bir komanda gözləyir.

Cavidin əl hərəkəti

Dağlılardan söz düşmüşkən, Azərbyacanın dağ regionlarını bu il Avropada təmsil edən "Qəbələ"nin çıxışını da yaxşı hesab etmək olar. Qəbələlilər Kiprdə oyunun əvvəlində qol buraxsalar da, əslində bütün oyun ərzində meydan sahiblərindən daha səviyyəli oynayırdılar və əlavə vaxtda "Apollon"un qapısına təyin edilən penaltiyə tamamilə layiq idilər.

"Cyprus Mail" qəzeti qonaqların belə yaxşı oynamağını gözlənilməz adlandırır və onlarla razı olmaq olar. "Qəbələ"nin bu mövsümdə belə oynaması hətta Azərbaycanda bir sürpriz olduğu halda, kiprlilərin buna təəccüblənməsi heç də sual doğurmamalıdır.

Düzdür, yerli jurnalistlər penaltini mübahisəli adlandırsalar da, videotəkrarda aydın görününr ki, Freyre əlini qəbələli Stankoviçin boynuna qoyub, onu yıxdı.

Ələ gəldikdə isə, Cavid Hüseynovun penaltini vurandan sonra əllə yerli azarkeşlərə tərəf etdiyi hərəkət ona baha başa gələ bilər. UEFA adətən belə hərəkətləri cəzasız qoymur. İstənilən halda, Qəbələ azarkeşləri növbəti mərhələyə çıxmaq şanslarına nikbin baxa bilərlər - İnterin azarkeşlərindən fərqli olaraq.

Ağayevli "İnter"

Əslində "İnter"i bəxtsiz də adlandırmaq olar. Avropa Liqasının belə erkən mərhələsində İspaniya qrandlarının birinə rast gəlmək nadir bir bəxtsizlikdir və nədənsə bu, "İnter"in başına gəldi. Müəyyən mənada demək olar ki, "İnter" özünün tam əksilə rastlaşdı.

"Atletik" bütün Avropada yeganə komandadır ki, öz heyətində yalnız bir millətə məxsus futbolçuları qatır. Belə ki, bask komandasının məramı "İnter"dən (yəni beynəlxalqdan) tam fərqlidir. Nə isə, basklar meydana çıxıb elə oynadılar ki, güya onlara qarşı Messili "Barselona", ya da Ronaldolu "Real" idi. Halbuki bu, sadəcə olaraq Ağayevli "İnter" idi. Düzdür, Səlahət Ağayev öz qapıçı səlahiyyətlərini elə yerinə yetirdi ki, hesabın 10:0 olmamasını sırf onun nailiyyəti kimi qiymətləndirmək olar. Bu görüşdə onun görkəmli oyunundan başqa heç nəyi qey etmək mümkün deyil.

Bilbaoda 0:2 hesabı ilə kənardan mərifətli görünsə də, əslində aydındır ki, bu həftə "İnter" Avropa ilə ən azı bir illik vidalaşacaq. (BBC)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah