Neftçi FİFA-ya müraciət etdi
29 avqust 2015 13:00
"Neftçi" Cavid İmamverdiyev məsələsi ilə bağlı FİFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabiq yarımmüdafiəçisini geri qaytarsa da, onu sifariş edə bilmir.
Buna səbəb ötən mövsüm futbolçunun icarə əsasında çıxış etdiyi Türkiyənin "Elazığspor" klubu ilə problemlərini tam yoluna qoymamasıdır. Bakılılar isə FİFA-nın vasitəsilə türklərin Cavidi sərbəst buraxmasına çalışırlar.
Qeyd edək ki, futbolçu hazırda ötən mövsüm Türkiyədə aldığı zədəsini sağaltmaqla məşğuldur.