Fotoreportaj|Video|На русском

Futbol

Qarabağın rəqiblərini daha yaxından tanıyaq

29 avqust 2015 15:00

UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qarabağ” J qrupunda İngiltərinin “Tottenhem”, Belçikanın "Anderlext" və Fransanın "Monako" klubları ilə qarşılaşacaq. Azerisport.az sizi Ağdam klubunun rəqibləri ilə daha yaxından tanış edir.

"Tottenhem"

İngiltərənin aparıcı klublarından olan London təmsilçisi 1882-ci ildə yaradılıb. 132 yaşlı qocaman klub ev oyunlarını Londondakı "Uayt Hart Leyn" stadionunda keçirir. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir. Klubun prezidenti Daniel Levidir. Baş məşqçi postunu isə Maurisio Poçettino tutur. Argentinalı mütəxəssis 2014-cü ildən bu komandanın sükanı arxasında çalışır.

"Tottenhem" yaşlı klub olmasına baxmayaraq, İngiltərədə cəmi iki dəfə ölkə çempionu adını qazanıb. Bu, 1950/51 və 1960/61 mövsümlərinə təsadüf edib. 4 dəfə isə Premyer Liqanın gümüş medalları "Qarabağ"ın rəqibinə qismət olub. 8 dəfə İngiltərə Federasiya Kubokuna sahib çıxan London təmsilçisi 4 dəfə də Liqa Kubokunu qazanıb.

Ağdam klubunun rəqibi beynəlxalq arenada da müəyyən uğurlara malikdir. Məsələn, bu komanda iki dəfə indi Avropa Liqası adlanan UEFA Kubokunun qalibi olub. Bu, 1972 və 1984-cü illərə təsadüf edib. 1974-cü ildə isə bu turnirin finalına çıxmasına baxmayaraq, məğlubiyyətlə üzləşib. "Tottenhem" 1963-cü ildə də Kuboklar Kuboku adlanan turnirdə baş mükafata sahib çıxıb.

Ötən mövsüm bu klub Premyer Liqada 5-ci yeri tutmaqla Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı qazanıb. Keçirdiyi 38 oyunda 19 qələbə qazanıb, 7 dəfə heç-heçə edən "Tottenhem" 12 matçda meydanı məğlub tərk edib. Rəqiblərini 58 dəfə məyus edən komanda öz qapısında 53 qol görüb.

İngiltərədə artıq yeni mövsümə də start verilib. Premyer Liqanın geridə qalan 3 turunda bu komanda hələ qələbə qazana bilməyib. 2 dəfə heç-heçəyə razılaşan londonlular bir oyunda da məğlub olublar. 2 xala malik "Tottenhem" 20 klub arasında 16-cı sırada qərarlaşıb. "Qarabağ"ın rəqibinin heyətində Huqo Loris, Erik Lamela, Emmanuel Adebayor, Aaron Lennon, Naser Şadli, Yan Vertongen və daha bir neçə ulduz futbolçu çıxış edir.

"Monako"

Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmaması səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan peşəkar futbol klubu - "Monako" 91 il əvvəl - 1924-cü ildə yaradılıb. Komanda ev oyunlarını "Stad Lui II" arenasında keçirir. Stadion 18 500 azarkeş tutumuna malikdir. Klubun iki sahibi var. Klubun səhmlərindən 66.67 faizi rusiyalı Dimitri Ribolovlevə, yerdə qalan 33.33 faizi isə Qrimaldi ailəsinə, daha dəqiqi Knyaz Alberə məxsusdur. Komandanın baş məşqçisi Leonardo Jardimdir. Venesueladan olan mütəxəssis 2014-cü ildən bu klubun sükanı arxasında çalışır.

Əslində, sırf Fransa klubu olmasa da, knyazlıq təmsilçisi bu ölkənin ən titullu komandalarından hesab olunur. "Monako" 7 dəfə (1960/61, 1962/63, 1977/78, 1981/82, 1987/88, 1996/97, 1999/00 mövsümlərində) Fransa çempionu adını qazanıb. 6 dəfə gümüş medal (1963/64, 1983/84, 1990/91, 1991/92, 2002/03, 2013/14) əldə edən monakolular 11 dəfə də (1955/56, 1957/58, 1984/85, 1988/89, 1989/90, 1992/93, 1995/96, 1997/98, 2003/04, 2004/05, 2014/15) bürünc medallarla kifayətlənməli olublar. 5 dəfə (1959/60, 1962/63, 1979/80, 1984/85, 1990/91) Fransa kubokunu qazanan "Qarabağ"ın rəqibi bir o qədər oyunda da (1973/74, 1983/84, 1988/89, 1991/92, 2009/10) finalda uduzub. 1961, 1985, 1997 və 2000-ci illərdə Fransa Super Kubokunu qazanan "Monako" 1960-cı ildə də məğlubiyyətlə üzləşib. Fransa Liqa Kubokunda yalnız bir dəfə - 2002/03 mövsümündə baş mükafat knyazlıq təmsilçisinə nəsib olub.

"Tottenhem" kimi, "Monako" da beynəlxalq arenada kifayət qədər təcrübəyə malikdir. Bu komanda Çempionlar Liqasının 2003/04 mövsümündə yalnız finalda uduzaraq, gümüş medallarla kifayətlənib. Kuboklar Kubokunun 1991/92 mövsümündə də bu komanda yalnız həlledici görüşdən məğlub ayrılıb. UEFA Kubokunda isə "Monako" sadəcə, 1996/97 mövsümündə yarımfinala qədər irəliləyə bilib.

Son mövsümdə "Monako" Liqa 1-də 3-cü yeri tutaraq, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanıb. Maraqlıdır ki, komanda ilk cəhdində "Qarabağ"ın Avroliqanın pley-off mərhələsində məğlub etdiyi İsveçrənin "Yanq Boyz" klubuna divan tutub. Səfərdə rəqibini 3:1 hesabıyla yenən knyazlıq təmsilçisi doğma meydanda da 4:0 hesablı qələbə ilə ÇL-in pley-offuna vəsiqə qazanıb. Amma İspaniyanın "Valensiya" klubu ilə görüşlər "fransızlar" üçün uğursuz olub. Ümumi nəticədə 3:4 hesabıyla uduzan "Monako" Avroliqanın qrup mərhələsində oynamaq məcburiyyətində qalıb.

"Monako" son mövsümdə keçirdiyi 38 oyundan 20-də qalib gəldiyi halda 11 dəfə heç-heçə edib, yalnız 7 qarşılaşmada uduzub. Rəqib qapılarından 51 top keçirən komanda cəmi 26 dəfə məyus olub ki, bu göstəricisinə görə Liqa 1-də ən yaxşı müdafiə xəttinə malik olduğunu göstərib. Cari mövsümdə isə bu klub 2 dəfə heç-heçə edib, bir oyunda qələbə qazanıb və 5 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın heyətində Fabio Koentrao, Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şəravi, Jeremi Tulalan kimi ulduzlar çıxış edir.

"Anderlext"

"Qarabağ"ın digər rəqibi isə Belçikanın ən nəhəng klubudur. Brüsseli təmsil edən klub 1908-ci ildə yaranıb. Hazırda kluba Roje Vanden Stok prezidentlik edir. Komandanın baş məşqçisi isə Besnik Hasidir. Albaniyalı mütəxəssis 2008-ci ildən bu klubda fəaliyyətdədir. 2014-cü ilədək baş məşqçi köməkçisi kimi işləmiş Hasi ötən ildən etibarən özü bu posta təyin olunub. Komanda ev oyunlarını "Konstant Vanden Stok" adına stadionda keçirir. Arena daxili yarışlar zamanı 28 mindən çox azarkeş tutur. Lakin beynəlxalq oyunlar zamanı yalnız 21 845 azarkeşi qəbul edə bilir.

Belçikanın ən titullu klubu 33 dəfə ölkə çempionu olub. 9 dəfə Belçika kubokunun sahibi olmuş komanda 12 dəfə də superkubokun qalibi adını qazanıb. "Anderlext" beynəlxalq arenada da titullara sahibdir. Belə ki, 1976 və 1978-ci illərdə Belçika nəhəngi Kuboklar Kubokunun qalibi adını qazanıb. 1977 və 1990-cı illərdə isə bu turnirin finalına yüksəldiyi halda, məğlubiyyətlə üzləşib. 1983-cü ildə UEFA Kubokunun qalibi olan "Anderlext" 1984-cü ildə də bu turnirin finalında məğlub olub. 1976 və 1978-ci illərdə isə belçikalılar UEFA Super Kubokuna sahib çıxıblar.

Son illərdə əvvəlki əzəmətini itirən "Anderlext" ötən mövsüm ölkə çempionatında 3-cü yeri tutub. Nəticədə, bu klub Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı əldə edib. Belçika birinciliyinin yeni mövsümündə "Qarabağ"ın rəqibi 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 görüşdə də məğlub olaraq, 10 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın heyətində ulduz futbolçular çox olmasa da, ən tanınmış futbolçusu İtaliyanın "Roma" klubunun yetirməsi olan, bu yay "Sampdoriya"dan alınmış hücumçu Stefano Okakadır. O, həm də İtaliya yığmasının üzvüdür.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah