Qəbələ Çernomoretslə sınaq matçı keçirə bilər
29 avqust 2015 19:00
"Qəbələ" Ukraynaya təlim-məşq toplanışına yollana bilər. Azerisport.az xəbər verir ki, Roman Qriqorçuk komandasını vətənində yoxlama matçında da sınaqdan keçirmək istəyir.
Belə ki, o, indiki klubunu vaxtilə çalışdırdığı "Çernomorest"lə sınaq matçına çıxarmağı planlaşdırır. Qarşılaşma sentyabrın 6-da baş tutacaq.