Millimizin müdafiəçisi oynadı, komandası bir xal qazandı
29 avqust 2015 17:00
İsveç çempionatında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hammarbü" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kalmar" hazırda 23 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.