Emil Balayevsiz Ayntraxtdan Ştutqart üzərində qələbə
30 avqust 2015 00:25
Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 4 xalla 8-ci pillədə qərarlaşıb.