Subaşiç 74 dəqiqə oynadı, komandası yenə uduzdu
30 avqust 2015 00:35
Serbiya Super Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Partizan"la qarşılaşıb. Matç Subaşiçin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın start heyətində meydana çıxan Subaşiç 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.