Fotoreportaj|Video|На русском

Futbol

Azərbaycan futbolu üçün görkəmli tarix

30 avqust 2015 12:30

Bu həftəni Azərbaycan futbolu üçün görkəmli adlandırmaq olar. Azerisport.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq, ölkənin iki klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Özü də hər ikisi bu nailiyyətə layiq olan oyun səviyyəsi nümayiş etdirərək.

Bakıda “ayı ovu”

Ölkə çempionu “Qarabağ” qrup mərhələsinə vəsiqəni zahirən böyük əziyyət çəkmədən əldə etdi. “Yanq Boyz” üzərində Berndəki qələbədən sonra ağdamlıların ümumi nailiyyət əldə edəcəyinə əmin olmaq olardı.

Düzdür, oyun ərəfəsində isveçrəlilər qələbə uğrunda şəhərlərinin adına layiq olaraq, ayılar kimi (Bern almanca ayi deməkdir) var güclərilə döyüşəcəklərini vəd etsələr də, onların ümidləri artıq üçüncü dəqiqədə puç oldu. Hakim qonaqların qapısına penalti təyin edib, fon Bergenə qırmızı vərəqə göstərəndə, onun həmin vərəqəni tutan əli ucaldıqca qonaqların da ümidləri buxarlanaraq, göylərə çıxdı.

“Yanq Boyz”lular bu cəzanın həddindən artıq sərt olduğunu desələr də, “Berner Oberlaender” qəzeti fon Bergenin qaydanı pozanda qapı qarşısında son müdafiəçi olduğunu vurğulayaraq, cəzanın qaydalara tam müvafiq olduğunu qeyd edir. Penaltini qola çevirəndən sonra “Qarabağ” rəqibini topsuz qoydu və istədiyi zaman oyunun sürətini ağıllıcasına dəyişdirərək, qonaqları sanki oyuncağa çevirdi,” - bildirir Bakıda oyunu izləmiş bernli jurnalist.

İsveçrə mətbuatı ağdamlıların əla oyun nümayiş etdirərək, tam üstünlüyə nail olduğunu qeyd edir və bu qarşıdurmada kimin qələbəyə layiq olduğunu qəti olaraq şübhə altına qoymur. Reynaldo ikinci qolu vuranda qonaq müdafiəçinin səhvindən istifadə etsə də, bu səhvə gətirən “Qarabağ”ın çoxgedişli kombinasiyası lap elə futbol dərsliklərinə salınasıdır.

Üçüncü qol vurulanda isə nəyin daha gözəl olduğunu - Almeydanın “koranə” ötürməsini, ya Əfran İsmayılovun iti bucaqdan qapıçının ayaqları arasından vurduğu qol zərbəsini demək çətin olar – hər iki hərəkəti əsl futbol gözəllikləri adlandırmaq olar. Belə ki, ağdamlıların bu oyunda Alp ayısını qara bağa salıb, rahatca ovladıqlarını demək olar.

Afinada “döyüşçü ilahənin fəthi”

Azərbaycan çempionundan bu nailiyyəti gözləmək olardısa, “Qəbələ”nin bu mərhələni adlaması şübhəsiz hamı üçün böyük bir sürpriz oldu. Ümumafinalıların (“Panatinaikos” adı yunanca bu mənanı verir) çox güclü rəqib olduqlarından və “Qəbələ”də məlum hadisələr səbəbindən mənəvi durumun yaxşı olmayacağı gözlənildiyindən, bu cütlükdə yunanların qalib gələcəyi demək olar ki, bütün mütəxəssislər tərəfindən proqnozlaşdırılıdı.

Amma məlum oldu ki, “Qəbələ”nin qarşılaşdığı çətinliklər komandanı toparlayıb, daha da möhkəmləndirib. Qonaqlar Afinada meydan sahiblərinə əməlli başlı döyüş göstərdilər. Əslində hansısa Azərbaycan komandasının belə əzmkar oyun göstərməsi çox nadir və bu səbəbdən öz-özlüyündə əlamətdar bir hadisədir.

Hər iki qolun müəllifi Dodo isə Azərbaycan futbolu üçün əməlli başlı bir raritetdir. Lap elə onun adaşı olan, Mavriki adasında yaşamış və 17-ci əsrdə insanlar tərəfindən nəsli kəsilmiş Dodo quşu kimi. Cərimə meydançasında düzgün mövqe tutan bu futbolçu qapıya iki zərbə endirərək, ikisini də qollara çevirə bildi. Düzdür, bu qollarda ötürmələri verən Rikardinyo və xüsusən Qayın zəhmətini də qeyd etməmək mümkün deyil.

Yunanıstanın “Tovima” qəzeti oyun getdikcə, qonaqların özünə inamının artdığını qeyd edir. Bu özünə inam o dərəcəyə çatdı ki, qəbələlilərə qədim döyüşçü ilahənin (qədim mifologiyaya görə Afina döyüşən və hətta titanları məğlub edən yeganə ilahə idi) şəhərində onun davamçılarını üstələyərək, müsbət nəticə əldə etməyə imkan verdi. Yunan qəzetləri bu məğlubiyyəti biabırçı adlandırsa da, “Panatinaikos” azarkeşləri oyun bitən kimi bu biabırçılığa görə meydana cumub, öz oyunçularına hücum etsələr də, qeyd etmək lazımdır ki, iki oyunluq qarşıdurmada afinalılar heç də “Qəbələ”dən yaxşı oyun göstərmədilər.

“Qəbələ” üçün “yunan macərası”nın davamı

Maraqlısı odur ki, Avropa liqasının qrup mərhələsində “Qəbələ” daha bir yunan klubu ilə qarşılaşacaq. Düzdür, Salonikinin PAOK komandası “Panatinaikos” qədər möhtəşəm sayılmır, amma bu mövsüm Avropa Liqasında PAOK çox uğurlu çıxış edir. Elə Xorvatiyanın “Lokomotiva” və Danimarkanın “Brondbü” klubları üzərində müvafiq olaraq 6:0 və 5:0 hesabı ilə qələbələr öz-özlüyündə bunun göstəricisi ola bilər.

Amma salonikililər güman ki, “Qəbələ”nin qrupdakı rəqiblərindən ən zəifidir. Belə ki, Rusiyanın “Krasnodar” və xüsusən də Almaniyanın “Borussiya” Dortmund klublarının səviyyəsi daha yüksəkdir. “Krasnodar” ötən mövsüm Rusiya çempionatında bir çox böyük klubları qabaqlayaraq, 3-cü yeri tutmuşdu, Avropa Liqasında isə “Everton” və “Lill” kimi klublarla keçirdiyi oyunların heç birində məğlub olmamışdı. Rusiya jurnalistlərinin fikrincə krasnodarlılar ölkə çempionatında ən maraqlı hücum oyununu göstərən komandadır. Bununla yanaşı heyətində Polşa (Yedjeyçik), İsveç (Qrankvist) və İslandiya (Siqurdsson) millilərinin müdafiəçiləri və Ukrayna millisinə cəlb olunan qapıçı Dikanın olduğu bu klub öz qapısını qorumaqda da çox yaxşı bacarıqlar nümayiş etdirir.

Qrupun danılmaz favoriti isə “Borussiya”dır. Səkkiz dəfə Almaniya çempionu, Çempionlar Liqasının qalibi, cəmi iki il öncə bu yarışın finalında oynayan, nəhayət UEFA-nın əmsalına görə hazırda Avropanın 12-ci ən güclü klubu olan dortmundlular möhtəşəm bir qüvvədir. Elə onu demək kifayətdir ki, “Borussiya” bu mövsümdə keçirdiyi oyunların yeddisində də qalib gələrək, bu görüşlərdə 27 (!) qol vurub.

“Qarabağ”ın adlı-sanlı qrupu

Buna baxmayaraq, “Qarabağ”ın düşdüyü qrupu “Qəbələ”ninkindən daha çətin hesab etmək olar. “Tottenhem”, “Monako” və “Anderlext” - bu klubların hər birinin Avropa futbolunda özünəməxsus və hörmətli bir yeri var.

“Tottenhem” İngiltərənin əfsanəvi klublarından biridir. Üç dəfə Avropa kuboklarının qalibi olmuş bu klub son illər İngiltərə Premyer-liqasının möhtəşəmlərilə tam bərabər mübarizə aparmağa bacarmasa da (büdcə imkan vermir), turnir cədvəlinin yuxarı trimestrində yer almağı bacarır.

Heyətində İngiltərə, Fransa, Argentina, Hollandiya, Belçika, Danimarka, Uels kimi millilərin aparıcı oyunçuları, üstəgəl Adebayor kimi möhtəşəm hücumçusu olan bu klubun “Qarabağ” və ümumilikdə hər bir Azərbaycan komandası üçün ən xoşagəlməz xüsusiyyəti çox sürətli oyun nümayiş etdirməsidir.

Amma “Qarabağ” topu saxlamaqda demək olar ki, möhtəşəmdir və bu yolla londonluların sürət üstünlüyünü heçə salmaq mümkündür.

“Monako”nun da xüsusi təqdimata ehtiyacı yoxdur. Cəmi dörd ay bundan əvvəl moneqasklar Çempionlar Liqasının 1/4 finalında gərgin mübarizədə “Yuventus”a məğlub olmuşdular ki, bu da səkkiz dəfə Fransa çempionlarının səviyyəsinin bariz göstəricisidir. Amma qeyd etmək lazımdır ki, “Monako”nun nümayiş etdirdiyi akademik oyun üslubu “Qarabağ” üçün çox münasibdir və ağdamlılar bu klubla uğurlu mübarizə apara bilər. Üç dəfə Avropa Kuboklarının qalibi və 33 dəfə Belçika çempionu olmuş “Anderlext”i tanımayan çətin ki, olsun.

Qrupdakı digər rəqiblərə nisbətən daha zəif hesab edilə bilən brüssellilər öz-özlüyündə çox böyük bir qüvvədir ki, ilk baxışdan “Qarabağ”ın bu qrupda heç bir şansa malik olmamasını düşünmək olar.

Amma biz hamımız bilirik ki, ilk baxış çox zaman aldadıcı olur...

(BBC)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah