Qəbələnin rəqibi Lokomotivə məğlub oldu
30 avqust 2015 18:00
Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Lokomotiv"lə qarşılaşıb. Matç Moskva klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Krasnodarlıların yeganə qolunu 11-ci dəqiqədə Fyodr Smolov vurub. Amma qalan dəqiqələrdə iki qol buraxması bu komandanın məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, "Krasnodar" hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.