Dmitri Nazarov oynamadı, Karlsrue biabır oldu
30 avqust 2015 19:00
Almaniya ikinci Bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Braunşveyq "Fortuna"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib və meydana buraxılmayıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.