İsgəndər Cavadov: Vaqif klubdan kluba qaçmağa son qoymalıdır
2 sentyabr 2015 11:20
Azərbaycan futbolunun veteranlarından olan İsgəndər Cavadov qohumu Vaqif Cavadovun "Xəzər Lənkəran"ı "Qəbələ"yə dəyişməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun "Qəbələ"nin baş məşqçisinin nəyinə lazım olduğunu bilmirəm. Hər halda məşqçilər korpusu bunu daha yaxşı bilər. Amma mən Vaqifin öz üzərində daha çalışmasını, klubdan kluba qaçmağa son qoymasını istəyirəm. Tarixdə belə qalmaq olmaz. Futbolçuya sabitlik lazımdır ki, yaxşı oynaya, yaddaşlarda qala bilsin. Ümid edirəm ki, o, əvvəlki formasını qaytara biləcək".