Belarus yığması ilə növbəti görüş
2 sentyabr 2015 12:20
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Belarus yığması ilə növbəti yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, "ABU Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun futzalçılarımızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.