Azərbaycan - Xorvatiya matçına 8 min bilet satlıb
2 sentyabr 2015 15:30
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, bu günə qədər sözügedən matça 8 000 bilet satılıb.
Oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı sentyabrın 3-də "Bakcell Arena"da keçiriləcək.