Qəbələnin rəqibi Mançester Yunaytedin futbolçusunu heyətinə qatdı
2 sentyabr 2015 16:30
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Almaniyanın "Borussiya" klubu heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəgər verur ki, Dortmund təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunun gənc ulduzu Adnan Yanuzayı heyətinə cəlb edib.
Almanlar Belçika yığmasının üzvünü icarəyə götürüblər. 20 yaşlı futbolçu cari mövsümün sonunadək "Borussiya"nın şərəfini qoruyacaq.