Rəvanın baş məşqçisi: Spartakı keçmək istəyirik
"Rəvan"ın U-19 komandasının baş məşqçisi Zamin Əsədullayev UEFA Gənclər Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Spartak" (Moskva) klubu ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Spartak" böyük klubdur. Moskva təmsilçisinin 8 futbolçusu Rusiyanın gənclərdən ibarət yığmasına dəvət alır. Bu komandanın oyunlarını izləmişəm. Bizə çox çətin olacaq. Amma "Spartak"ı keçmək istəyirik. Reallığı da nəzərə almaq lazımdır. "Rəvan" yenicə toplaşıb. Mövsümün sonunda əksər futbolçularımız "Zirə"yə gedib. Bu üzdən də yeni heyət qurmaq məcburiyyətində qalmışam. Salyanda təlim-məşq toplanışında idik. Ötən gün Bakıya qayıtmışıq. İki gün istirahət etdikdən sonra yenidən hazırlığı davam etdirəcəyik".