Qarabağın heyətinə qatmaq istədiyi müdafiəçi qalmaqala səbəb oldu
2 sentyabr 2015 19:40
"Qarabağ"ın transfer etməyə hazırlaşdığı Makedoniya yığmasının müdafiəçisi Vladimir Dimitrovski ölkəsində qalmaqal müəllifi kimi gündəmə gəlib. Azerisport.az xəbər verir ki, o, milli komandanın düşərgəsini icazəsiz və heç kimə xəbərdarlıq etmədən tərk edib.
Bunu Makedoniya yığmasının baş məşqçisi Lyubinki Druloviç də təsdiqləyib. O, bu hərəkətinə görə futbolçunun cəzalanacağını açıqlayıb:
"Dimitrovskiyə ümid bəsləməyin. Mən komandamız üçün belə məsuliyyətli bir vaxtda onun bu cür davranışından çox məyusam. İntizama əməl olunmalıdır. Dimitrovski isə bu addımı ilə intizamsızlıq edib. Hələlik, ona qarşı hansı cəzanın veriləcəyini bilmirəm".