Rahid Əmirquliyev: Yaxşı oyun və müsbət nəticə üçün mübarizə aparacağıq
2 sentyabr 2015 21:30
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah çətin oyun olacaq. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq. Uzaqdan zərbələr üzərində xüsusi çalışmamışam. Necə alınacağını görəcəyik".