Petev Azərbaycana qarşı oyunda gənc futbolçulara şans verəcək
6 oktyabr 2015 14:30
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycana qarşı keçirəcəkləri oyunlarda gənc futbolçulara şans verəcək. Azerisport.az xəbər verir ki, buna səbəb bolqarların qrupdan çıxmaq şansını itirməsidir.
Baş məşqçi bu qərarını belə izah edib: "Cəmi iki oyunumuz qalıb. Bu görüşlərdə gənc oyunçulara şans verəcəyəm. Komandamın yaxşı oyun göstərməsini istəyirəm. Ümid edirəm ki, futbolçularımız Norveç və İtaliya ilə görüşlərin nəticəsini unutdura biləcəklər".
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Sofiyada baş tutacaq.