Ruslan Abışov: Çempionluq mübarizəsi yalnız Qarabağla Qəbələ arasında olmayacaq
7 oktyabr 2015 11:45
"Qəbələ"nun müdafiəçisi Ruslan Abışov bu mövsüm qızıl medallar uğrunda favoritlərin kim olacağından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" "Qarabağ"ın çempionluq yolundakı əsas rəqibidir? Mən belə deməzdim. "İnter" də çox yaxşıdır. "Zirə" hazırda liderlər qrupunda qərarlaşıb. Çempionatda hələ çox sürprizlər olacaq. Tələsik qərarlar çıxarmağa dəyməz".
Abışov növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyuna da toxunub: "Neftçi"nin heyəti gənc və istedadlı futbolçulardan təşkil olunub. Çempionatda asan oyunlar yoxdur. Hər şey özümüzün bu oyuna necə hazırlaşmağımızdan asılıdır".