Azərbaycan Kubokunun püşkü atıldı
Bu gün Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında reallaşan püşkatma mərasimində 19 komanda iştirak edib.
Turnirdə Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.
Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.
Qeyd edək ki, divizion klublarından "Ağsu", "Zaqatala", "Bakılı", "Göyəzən" və "Energetik" ölkə kubokunda iştirak etmək istəməyib.
Püşkatma nəticəsində ölkə klubları bir-birinə aşağıdakı qaydada rəqib olublar:
1/16 final - 14 oktyabr
"Turan" - MOİK, "Şəmkir" - "Şahdağ", "Şərurspor" - "Qaradağ Lökbatan"
1/8 final - 2 dekabr
AZAL - "Zirə"
"Xəzər Lənkəran" - "Kəpəz"
"Neftçala" - "Sumqayıt"
"Rəvan" - "Bakı"
"Qarabağ" - "Şəmkir" - "Şahdağ" cütünün qalibi
"İnter" - "Turan" - MOİK cütünün qalibi
"Qəbələ" - "Mil-Muğan"
"Neftçi" - "Şərurspor" - "Qaradağ Lökbatan" cütünün qalibi