Şahin Diniyev: Kəpəzlə Xəzər Lənkəran eyni səviyyədədir
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu matçın dekabrda keçirilməsi yaxşıdır. Matçın Lənkəranda baş tutacağını nəzərə alsaq, bizim üçün asan olmayacaq. Hamı bilir ki, "Xəzər Lənkəran"ın azarkeşləri 12-ci oyunçu rolunu çox yaxşı yerinə yetirirlər. Cənubluların bir müddət öncə "Qəbələ"yə 0:6 hesablı məğlubiyyəti bizi yanıltmamalıdır. Sadəcə, bu, onların günü deyildi. Düzdür, heyətlə bağlı müəyyən problemləri var. Amma yenə də güclü komanda olaraq qalmaqdadır. Əvvəlki oyunlarda da bunu görmüşdük. Biz hazırda "Xəzər Lənkəran"la eyni səviyyədəyik. Həm onlar bizim dişimizə görədir, həm də biz onların".