Azərbaycan - İtaliya matçı 36 yaşlı şotland müəllimə tapşırıldı
7 oktyabr 2015 17:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla İtaliya arasındakı oyunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu görüşü şotlandiyalı hakimə tapşırıb.
Qarşılaşmanı 36 yaşlı Uilyam Kollum idarə edəcək. Müəllim olan Kolluma yan xətt hakimləri Damyen Makqrayt (İrlandiya) və Fransis Konnor (Fransa) kömək edəcək. Dördüncü hakim isə Kollumun həmyerlisi Alastar Mater olacaq.
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.