Kazbek Tuayev: Azərbaycan hakimlərindən daha pisləri var
7 oktyabr 2015 19:30
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Topaz Premyer Liqasının geridə qalan turlarında qeydə alınan hakim səhvlərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hakim səhvlərində qorxulu nəsə görmürəm. Hər kəs səhv edə bilər. Bizim hakimlər heç də pis deyil. İnanın ki, daha pisləri var. Bizim hakimlər orta Avropa səviyyəsindədirlər. Rusiyada hər tur belə səhvlər olur. Əsas odur ki, bu səhvlər nəticələrə təsir etməsin və qərəzli olmasın".