Marko Parolo: Azərbaycanla oyuna final görüşü kimi hazırlaşırıq
7 oktyabr 2015 21:30
İtaliya yığmasının yarımmüdafiəçisi Marko Parolo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu heç də asan oyun olmayacaq. Azərbaycan ardıcıl dörd oyundur xal qazanır. Onlar bizə də qarşı 100 faiz yox, 110 faiz güc sərf edəcəklər. Biz qələbə qazanıb, Avropa çempionatına vəsiqəni təmin etmək istəyirik. Ona görə də Azərbaycanla oyuna final görüşü kimi hazırlaşırıq".