Antonio Konte Milanın futbolçusunu yığmaya dəvət etdi
8 oktyabr 2015 00:20
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi milliyə daha bir futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, o, zədələnən Lorenso İnsinyenin əvəzində "Milan"da çıxış edən yarımmüdafiəçi Cakomo Bonaventuranı yığmaya çağırıb.
Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.