Neftçi Əsgər Abdullayevlə bağlı xəbəri təsdiqləmədi
8 oktyabr 2015 14:20
Xəbər verdiyimiz kimi, sabah "Neftçi" klubunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək və həmin toplantıda bir müddət öncə dünyasını dəyişmiş Mübariz Zeynalovun əvəzində Əsgər Abdullayevin üzvlüyə qəbul olunması müzakirə olunacaq. Amma klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, onlara belə bir məlumat verilməyib:
"Müşahidə Şurasının üzvləri rəhbərlik tərəfindən təsdiq olunur. Belə bir dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək".