İtaliya yığması Bakıya yola düşdü
8 oktyabr 2015 14:40
Futbol üzrə İtaliya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun üçün hazırlığı yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, "skuadra adzurra" bu gün çarter reysi ilə Bakıya yollanacaq.
Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.