Rəvan 2 futbolçu ilə vidalaşdı
8 oktyabr 2015 15:00
“Rəvan” PFK 2 futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu mövsümlərarası fasilədə heyətinə qatdığı sierra-leoneli Samuel Barlay və özbəkistanlı Alibobo Raxmatullayevlə vidalaşıb.
Zəif çıxış etdikləri üçün məşqçilər korpusunun qərarı ilə heyətdən kənarlaşdırılan hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.