Böyükağa Hacıyev: Günah Emil Mpenzanın özündədir
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev keçmiş klubuyla belçikalı futbolçu Emil Mpenza arasında baş verən qalmaqala münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Neftçi"yə gələndə Emil Mpenza artıq komandada məşq edirdi. Hər zaman futbolçu fərqli münasibət göstərirdi. Sanki narahatdır və ya ölkəsində gözləyəni var. Bizim klubda Mpenza həkim xidmətindən istifadə etmirdi. Onun problemi olan zaman Belçikadakı həkiminə müraciət edirdi. Antalyada olduğumuz müddətdə Mpenza bizə yaxınlaşaraq səhhətində problem olduğunu bildirdi. Nədənsə o bizim həkimlərə etibar etmirdi. İcazə alaraq müalicə üçün vətəninə getdi, sonra məlum oldu ki, qayıtmaq istəmir. Mpenza xəbər göndərdi ki, Bakıya qayıtmayacaq. Günah onun özündədir. Məncə, o, rəqabətə dözmədi. O vaxt Nikolas Kanalesin yaxşı forması bərpa olunmuşdu. Mpenza isə karyerasının qürub çağını yaşayırdı".