Zaur Svanadze: Çempionat bu mövsüm çox çətin keçir
31 oktyabr 2015 11:30
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Növbəti rəqibimizi turnir cədvəlində bir xalla qabaqlayırıq. Bu, oyunun statusundan xəbər verir. Debütantı məğlub etmək asan olmayacaq. Öz oyunumuzu sərgiləməyimiz lazımdır. Üç xal qazanmağa çalışacağıq. Heyətlə bağlı kiçik problemimiz var. Belə ki, Abbas Hüseynov zədəlidir. Rəqibin heyətində isə ciddi ifaçılar var. Gördüyünüz kimi, bu mövsüm çempionat çox güclü keçir. Heç bir oyunda arxayınlaşmaq olmaz".