Qəbələ - Kəpəz matçının davamı sabah keçiriləcək
31 oktyabr 2015 19:20
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 11-ci turunun “Qəbələ” – “Kəpəz” matçı qatı duman səbəbindən təxirə salınıb. Azerisport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, dayandırılan görüşün qalan hissəsi sabah keçiriləcək. Görüş saat 20:00-da bərpa olunacaq.