Nelson Bonilya: İnterlə heç-heçəni bizim aktivimizə yazmaq olar
1 noyabr 2015 01:00
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Rəqibimiz çox çətin idi. "İnter" Premyer Liqanın ən güclü komandalarından biridir. Üstəlik, səfərdə oynayırdıq. Bütün bunları nəzərə alsaq, belə bir rəqiblə heç-heçəni bizim aktivimizə yazmaq olar. Bərabər səviyyəli oyun idi. Demək olar ki, qol vəziyyətləri də bərabər idi. Onu da nəzərə almaq lazımdır ki, "İnter" avrokuboklara vəsiqə uğrunda, biz isə Premyer Liqadakı yerimizi qorumaq üçün mübarizə aparırıq".