Emin Cəfərquliyev: Qarabağla heç-heçə edə bilərdik
2 noyabr 2015 11:15
AZAL-ın müdafiəçisi Emin Cəfərquliyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu (0:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox təəssüf ki, məğlub olduq. Birinci hissədə qapımızı toxunulmaz saxlaya bildik. İkinci hissədə də buna nail olacağımıza, xal qazanacağımıza ümid edirdim. Amma rəqib bizim yol verdiyimiz səhvdən yaxşı yararlandı və hesabı açdı. Hesabı bərabərləşdirmək üçün də çox çalışdıq. Ona görə də hücuma atıldıq. Nəticədə, müdafiəmizdə boşluqlar yaranmağa başladı. Belədə "Qarabağ" üçün ikinci qolu vurmaq şansı da yarandı. Fikrimcə, bu görüşdə qələbə də qazana bilməsək, heç-heçə edə bilərdik. Amma təəssüf ki, "Qarabağ"dan xal almağımız mümkün olmadı".