Bezotosnı Borussiyaya qarşı oynamaya bilər
2 noyabr 2015 11:45
"Qəbələ"nin qapıçıs Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər matçını buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun Topaz Premyer Liqasının 11-ci turunda "Kəpəz"lə ev oyununda zədələnərək sıradan çıxmasıdır.
Qeyd edək ki, onun bu gün tibbi müayinədən keçməsi gözlənilir. Meydanı vaxtından öncə tərk edən futbolçunun zədəsinin nə dərəcədə ciddi olması hələ dəqiq bilinmir. Amma ilkin ehtimallara görə o, üç həftə yaşıl meydanlardan kənarda qala bilər. Bu isə onun nəinki "Borussiya" ilə səfər matçını, eləcə də "Zirə" ilə çempionat oyununu da buraxacağından xəbər verir.