Dmitri Bezotosnı iki həftə oynamayacaq
2 noyabr 2015 16:00
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı oyunun əvvəlində zədələnərək əvəzlənmək məcburiyyətində qalan "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı bu gün tibbi müayinədən keçib. Azerisport.az xəbər verir ki, tibbi müayinə futbolçunun zədəsinin ciddi olmadığını üzə çıxarıb.
Amma o, iki həftə komandasına kömək edə bilməyəcək. Belədə, Bezotosnı həm Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər oyununda, həm də Premyer Liqanın 12-ci turunda "İnter"lə görüşü buraxmalı olacaq.