Xəzər Lənkəranın müdafiəçisi Rəvanla oyunu buraxacaq
2 noyabr 2015 18:15
"Xəzər Lənkəran" bu gün Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Rəvan"ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, cənub klubu bu oyuna ciddi itki ilə çıxacaq.
Belə ki, komandanın əsas heyət oyunçularından olan Rasim Ramaldanov bu görüşdə də meydana çıxmayacaq. Buna səbəb onun "Zirə" ilə 6-cı turun oyununda aldığı zədədən sonra hələ də tam bərpa olmamasıdır. Məlumatı saytımıza futbolçunun özü də təsdiqləyib.