Fotoreportaj|Video|На русском

Futbol

Nazim Süleymanov: Dərs pis getmir, qalır imtahandan üzüağ çıxmaq

5 noyabr 2015 17:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Avropa çempionatının seçmə mərhələsinə hazırlıq necə gedir?
- Noyabrın 2-dən təlim-məşq toplanışındayıq. “İnter”dən İlkin Sadıqov, “Neftçi”dən isə Kamran Nəcəfzadə zədəli olduğuna görə komandaya qoşulmayıblar. Hazırlığımız plana uyğun şəkildə - gündə 2 məşq olmaqla davam edir. Komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. “Dərslər”imiz pis getmir, qalır “imtahan”dan üzüağ çıxmaq.
 
- Futbolçuların ümumi hazırlıq səviyyəsi necədir?
- Pis deyil. Çünki oktyabrın 5-dən 19-na qədər Sloveniyada təlim-məşq toplanışı keçirmişik. Bakıya döndükdən sonra onlar son 11 gün ərzində klublarında olub, əvəzedici komandaların heyətində oyunlar keçiriblər. Hazırda iki futbolçumuzun səhhətində problem var, qrip yoluxublar.
 
- Vacib oyunlar ərəfəsində sizi daha çox hansı problemlər narahat edir?
- Bu yaş qrupundan ibarət komandalara çoxsaylı beynəlxalq oyunlar keçirmək vacibdir. Biz bu futbolçuları öz yaşıdlarından ibarət yığma komandalarla oyunlarda yoxlamalıyıq. Yaxşı olar ki, daha güclü rəqiblərlə - hansısa ölkənin U-21 yığması ilə qarşılaşsınlar. Çünki problemlər, çatışmazlıqlar güclülərlə oyunda görünür. Sloveniyadakı təlim-məşq toplanışı zamanı planlaşdırdığımız oyunlardan biri əlverişsiz hava şəraiti üzündən baş tutmadı. Amma 3 oyunda gücümüzü sınadıq. 1:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada daha yaxşı təsir bağışladıq və çox məqamları gördük. Digər 2 oyunda qələbə qazandıq. Ancaq qalib gəldiyin oyunda çatışmazlıqları o qədər də dəqiq görə bilmirsən.
 
- Bu komanda ilə ilk toplanışınızı bu ilin mayında keçirdiniz. O vaxtdan bu günə qədər hansı dəyişiklər diqqət çəkir?
- İlk tanışlığımız mayın sonu – iyunun əvvəlində baş tutdu. Həmin ərəfədə çempionat yekunlaşmışdı. İyulda isə futbolçuların əksəriyyəti məzuniyyətdən gəlmişdilər, hazır deyildilər, çatışmazlıqlar çox idi. Daha sonra Malta ilə iki oyun keçirdik, Gürcüstanda və Sloveniyada təlim-məşq toplanışlarında olduq. Bu sonuncu hazırlıq dövrümüzdür və bəhrəsini görməliyik.
 
- Elnur Cəfərov sabah komandadan ayrılıb Lənkərana gedəcək və noyabrın 8-də Topaz Premyer Liqasının “Xəzər Lənkəran” – “Qarabağ” oyununda iştirak edəcək. Bu, gənc futbolçuya noyabrın 10-da Ukrayna ilə keçiriləcək oyuna hazırlaşmaqda çətinlik yaratmayacaq ki?
- Əlbəttə, problem yaradacaq. Millinin məşqçisi kimi Elnurun yığmaya kömək etməsini istərdim. “Xəzər Lənkəran”  “Qarabağ”ı Lənkəranda qəbul edəcək. FIFA-nın transfer qadağası üzündən “Xəzər Lənkəran” heyətini gücləndirə bilməyib. Buna görə də bu komandanın heyətində kifayət qədər futbolçu yoxdur. Komandanın baş məşqçisi Yunis Hüseynovla söhbətimiz zamanı da onu anlayışla qarşılamağımı istədi. Çünki 14-15 futbolçusu var, onlardan da ikisi-Adrian Skarlatake və Orxan Əliyev cərrahiyyə əməliyyatı olunacaq. Yunis müəllim xahiş etdi ki, Elnur “Xəzər Lənkəran”a kömək etsin. Oyundan dərhal sonra futbolçunu U-19-un düşərgəsinə çatdıracaqlarına söz verdi. Əlbəttə, vəziyyəti başa düşürəm, amma U-19-un il ərzində gördüyü işlərin nəticəsi bu 3 oyunda ortaya çıxacaq. Çempionat isə il ərzində davam edir. İndi qalır Elnurla bərpa prosesini necə keçəcəyimizə. Təki millinin düşərgəsinə zədəsiz qayıtsın.
 
- Rəqiblərin oyunlarını izləmisinizmi?
- Müəyyən məlumatlar əldə etmişik. AFFA tərəfindən Ukrayna – Polşa, eləcə də Türkiyə – İtaliya oyunlarının videoyazısı mənə təqdim edilib. Bosniya və Herseqovina yığmasının oyununu isə Makedoniyada stadiondan izlədim. Hər 3  rəqibimiz güclüdür. Bununla bizim futbolçuların onlardan zəif olduğunu demək istəmirəm, sadəcə, bir qədər diqqətli olmağımız lazımdır. Bunu bacarsaq, mərhələ adlaya bilərik.
 
- AFFA rəhbərliyi komanda ilə görüşüb. Qarşıya hansı məqsəd qoyulub?
- Bir məqsədimiz var - mərhələ adlamaq. Hər bir futbolçu bunu dərk etməli, verdiyimiz tapşırıqları meydanda icra etməlidir. Yeri gəlmişkən, azarkeşlərə, millini sevənlərə səslənmək istəyirəm ki, oyunlarımıza mütləq gəlsinlər. Niyə yığmamızı dəstəkləməyək?! Gəlsinlər, dəstəkləsinlər, biz də çalışacağıq ki, onları sevindirək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah