Kaue: Rəvanla matçın 1-ci hissəsində yaxşı, 2-ci yarısında pis oynadıq
9 noyabr 2015 13:00
"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci hissədə bizdə hər şey yaxşı alındı. Qol vurmaq üçün bir neçə şansımız oldu. Rəqibə isə qol vurmaq üçün heç bir şans vermədik. İkinci hissədə isə hər şey istədiyimiz kimi getmədi. Fasilədən dərhal sonra yol verdiyimiz iki səhv qolla nəticələndi. Demək olar ki, oyun bizim üçün pis alındı".