Tural Hümbətov: Heç-heçə oyuna görə oldu
9 noyabr 2015 16:30
AZAL-ın müdafiəçisi Tural Hümbətov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Oyun gözlədiyimiz kimi, çətin keçdi. AZAL da, "Kəpəz" də qələbə qazanmaq istəyirdi. Komandalar zamanla üstünlüyü ələ almağa çalışırdı. Bizim bu görüşdə 3 xal qazanmaq şansımız var idi. Amma sonda komandalar hərəyə 1 xalla kifayətlənməli oldular. Nəticə oyuna görə oldu".