Georgi Nikolov: Qəbələ kimi güclü rəqiblə heç-heçə bizim üçün uğurdur
9 noyabr 2015 18:15
"İnter"in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında "bankirlər"in bolqarıstanlı rəhbəri 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Belə güclü komanda ilə oyunda heç-heçə bizim üçün uğurdur. Oyuna ehtiyatlı başladıq. Amma nəticə normaldır. Futbolçularımızın meydana çıxmaq istəməməsi barədə xəbərlər yalandır. "İnter"in futbolçuları sentyabr ayının pulunu alıblar. Tezliklə oktyabr ayının da pulunu alacaqlar".