Dieqo Martins: Qəbələyə qalib də gələ bilərdik
10 noyabr 2015 00:10
"İnter"in yarımmüdafiəçisi Dieqo Martins Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qələbə qazana bilərdik, amma alınmadı. Heç-heçə də pis nəticə deyil. "Qəbələ" ölkənin ən yaxşı komandalarından biridir. Onlar çempionluq uğrunda mübarizə aparırlar. Amma biz öz meydanımızda onlara qalib gəldik, bu dəfə isə heç-heçə etdik. Hər şey o dərəcədə pis deyil".