İlqar Qurbanov: Qarabağ Lənkəranda öz oyununu göstərə bilmədi
10 noyabr 2015 00:20
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri səfər oyununu (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran" gənclərdən ibarət kasad heyətlə çıxış etməsinə baxmayaraq, mübarizəsini davam etdirir. Bu, bizə də problem yaratdı. Amma çətinliklə də olsa, qalib gələ bildik. Qazonun vəziyyəti də bizə az problem yaratmadı. Öz oyunumuzu göstərə bilmədik. Epizodların birində özümdən çıxdım, hakimlə mübahisə də etdim. Belə qazonda bu, normal idi".