Saşa Yunisoğlu: Rəvanda qələbə qazanmaq istəyi Neftçi ilə müqayisədə daha çox idi
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (3:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacağını bilirdik. "Neftçi" çox güclü komandadır. "Rəvan"ın turnir cədvəlindəki mövqeyi isə rəqibdən asılı olmayaraq, hər bir oyunu bizim üçün finala bərabər edib. Fikrimcə, biz bu görüşdə layiqli qələbə qazandıq. Çünki bizim qələbə qazanmaq istəyimiz "Neftçi" ilə müqayisədə daha çox idi. Çox təəssüf ki, görüşün sonlarında kiçik zədə aldım və meydanı tərk etmək məcburiyyətində qaldım. Çempionatda qazandığımız ilk qələbəyə görə şadıq. Amma biz önümüzə baxmalı və uğurumuzu inkişaf etdirmək barədə düşünməliyik ki, turnir cədvəlində irəliləyə bilək. Əminəm ki, buna nail olacaq gücümüz var".