Laşa Salukvadze: Qəbələ ilə səfərdə heç-heçə də yaxşı nəticədir
11 noyabr 2015 15:00
"İnter"in gürcü müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Çətin matç oldu. Biz də qələbə qazanmaq istəyirdik, "Qəbələ" də. Ona görə də zamanla gah bu, gah da digər komanda üstünlüyə yiyələnirdi. Biz çox hücum etdik, çoxlu qol şansımız oldu. Təəssüf ki, onların yalnız birini qolla tamamlaya bildik. "Qəbələ" də hücum edirdi, amma yüz faizli qol epizodu yarada bilmirdi. Rəqibimiz yaxşı komandadır. Fikrimcə, belə bir komanda ilə səfərdə heç-heçə də yaxşı nəticədir".