Elvin Məmmədov: Lider olsaq da, mənə elə gəlir, Qarabağ daha yaxşı oynaya bilər
11 noyabr 2015 16:20
"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov komandasının Avropa Liqasındakı oyunlarında meydanda təsadüfi hallarda görünməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, baş məşqçinin səlahiyyətində olan məsələdir. Avroliqada oynamıramsa, deməli, özümdə nəsə var. Daha yaxşı çalışmalı, daha çox məşq etməliyəm ki, hər oyunda meydana çıxım".
Məmmədov komandasının Topaz Premyer Liqasındakı çıxışına da münasibət bildirib: "Fikrimcə, hər şey normal gedir. Lider olmağımız xoşdur. Baxmayaraq ki, daha yaxşı oynamağımızın mümkün olduğunu düşünürəm. Bu mövsüm gərgin keçir. Çünki eyni vaxtda Avroliqada da çıxış edirik. Əslində bu, yaxşıır. Futbolçularımız daha çox oyun təcrübəsi qazanırlar".