İnter iki aparıcı futbolçusunu itirdi
12 noyabr 2015 15:20
"İnter" Topaz Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna ciddi itkilərlə çıxa bilər. Azerisport.az xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçiləri - Nika Kvekveskiri ilə Mirhüseyn Seyidov sıradan çıxıb.
Ötən həftə zədələnən futbolçuların durumu heç də yaxşı deyil. Belə ki, onların 10 gündən tez sıraya dönməsi inandırıcı görünmür. Bu üzdən də hər iki futbolçunun növbəti rəsmi matçda meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, "İnter" noyabrın 15-də "Zirə"yə qarşı keçirəcəyi yoxlama oyununda da bu futbolçuların xidmətindən yararlana bilməyəcək.