Qarabağ da özünə sınaqçı rəqib tapdı
12 noyabr 2015 15:40
Son çempion, Topaz Premyer Liqasının hazırkı lideri "Qarabağ" da çempionatda yaranmış fasilə dövründə yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu elitada çıxış edən digər komanda - "Rəvan"la qarşılaşacaq.
Bu komandalar arasındakı oyun noyabrın 15-də baş tutacaq. Görüşün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulub.